“Qarabağ” klubunun “Ferenstvaroş”la oyunlarında VAR sistemindən istifadə olunacaq

A- A A+

Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Macarıstanın “Ferenstvaroş” komandası ilə oyunlarında video-köməkçi hakim (VAR) sistemindən istifadə olunacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Bildirilib ki, üçüncü təsnifat mərhələsinin bütün matçlarında ilk dəfə VAR tətbiq olunacaq.

UEFA VAR qurğusunu çatdırmaq üçün klublar və televiziya yayıma cavabdeh olan müvafiq telekanallarla sıx əməkdaşlıq edir.

Qeyd edək ki, “Qarabağ” və “Ferentsvaroş” arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə keçiriləcək. Bu qarşılaşmaya Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: