Bakının “Sabah” klubu Kipr komandası ilə yoxlama oyununda məğlub olub

A- A A+

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışını davam etdirən Bakının “Sabah” futbol klubu hazırlıq çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, komanda Kiprin Yüksək Liqa təmsilçisi “Nea Salamina” klubu ilə qarşılaşıb. Görüş “Nea Salamina”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Sabah"ın yeganə qolunu isə Bəxtiyar Həsənalızadə vurub.

Qeyd edək ki, iyulun 17-dən Banskoda təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində İsrailin “Hapoel Hadera” (0:1) və Kiprin “Akritas Xlorakas” (2:3) klubları ilə qarşılaşıb. Bolqarıstan toplanışına iyulun 31-də yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: