“Qarabağ” - “Ferentsvaroş” oyununun biletləri satışa çıxarılıb

A- A A+

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam) - “Ferentsvaroş” (Macarıstan) oyununun biletləri satışa çıxarılıb.

NUHÇIXAN İnformasiya Agentliyi Ağdam klubunun mətbuat xidmətinə istinadla xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20, 50 və 75 manat təşkil edir.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Iticket.az”ın satış məntəqələrindən (“iticket.az”da onlayn satış), “Park Bulvar”dakı “Qarabağ”ın Fan-Şopundan, eləcə də “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindən əldə etmək mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: