“Qarabağ” klubu “Ferenstvaroş” ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib

A- A A+

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Macarıstanın “Ferenstvaroş” komandası ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ərizədə qapıçılar Şahruddin Məhəmmədəliyev, Luka Quqeşaşvili, Amin Ramazanov, müdafiəçilər - Rahil Məmmədov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Marko Veşoviç, Abbas Hüseynov, Bədavi Hüseynov, Kevin Medina, yarımmüdafiəçilər - Qara Qarayev, Julio Romao, Riçard Almeyda, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, İsmayıl İbrahimli, Filip Ozobiç, Kadi Borges, Toral Bayramov, Elvin Cəfərquliyev, hücumçular - Kvabena Ovusu, Musa Qurbanlı, İbrahima Vadji, Ramil Şeydayev və Nəriman Axundzadənin adı yer alıb.

“Qarabağ”la “Ferentsvaroş” arasında ilk görüş avqustun 3-də Bakıda, cavab görüşü isə avqustun 9-da Budapeştdə keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: