Qadın futbolçulardan ibarət İngiltərə millisi ilk dəfə Avropa çempionu olub

A- A A+

Qadın futbolçulardan ibarət İngiltərə millisi Avropa çempionu olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İngiltərənin ev sahibliyi etdiyi çempionatın finalında yerli komanda ilə Almaniya milisi üz-üzə gəlib.

Londondakı "Uembli" stadionunda keçirilən oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İngiltərə millisinin heyətində Ella Tun, rəqib komandadan isə Lina Maqull fərqləniblər.

Qalibi müəyyən etmək üçün əlavə vaxt oynanılıb. Belə ki, matçın 111-ci dəqiqəsində ingiltərəli futbolçu Kloi Kelli komandasının qələbə topunu vurub.

Beləliklə, görüş İngiltərə millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb və komanda tarixində ilk dəfə qitə çempionu olub.

Qeyd edək ki, yarımfinalda İngiltərə İsveçi 4:0, Almaniya isə Fransanı 2:1 hesabı ilə üstələyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: