Çimərlik futbolu üzrə Azərbaycan millisi yoldaşlıq oyununda Səudiyyə Ərəbistanı yığmasını məğlub edib
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Səudiyyə Ərəbistanı yığması ilə yoldaşlıq oyununu keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 4:1 hesabı ilə komandamızın xeyrinə başa çatıb.
Millimizin qollarını Hüseyn Axundov (2), Amid Nəzərov və Ramil Əliyev vurub.
Komandalar arasında növbəti oyun bu gün keçiriləcək.