Macarıstanın “Ferentsvaroş” klubunun futbolçusu Henri Uinqo zədələnib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stanislav Çerçesov açıqlama verib.
Rusiyalı məşqçi bildirib ki, ABŞ-dan olan 27 yaşlı müdafiəçi Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununu buraxacaq.
Avqustun 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.