Azərbaycan cüdoçuları "Bakı-2018"də bürünc medal uğrunda yarışacaqlar

A- A A+

Azərbaycan millisi Bakıda keçirilən cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışlarında bürünc medal uğrunda görüşə çıxacaq.

NUHÇIXAN xəbər verir ki, təsəlliverici görüşdə Niderland yığmasına 4:2 hesabı ilə qalib gələn cüdoçularımız üçüncü yer uğrunda görüşdə güclərini sınayacaqlar.

Qeyd edək ki, millimiz səkkizdəbir finalda Avstriya cüdoçularına 5:1 hesabı ilə qalib gəlib. Dörddəbir finalda Yaponiya yığmasına 2:4 hesabı ilə uduzan seçməmiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: