Çempionlar Liqası: Bu gün daha 5 oyun keçiriləcək

A- A A+

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçlarına yekun vurulacaq.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, son oyun günündə də 5 görüş keçiriləcək.

Günün ilk qarşılaşmalarında Azərbaycan çempionu "Qarabağ" Macarıstan "Ferentsvaroş"unu, Norveçin "Budyo Qlimt" komandası Litva "Jalgiris"ini sınağa çəkəcək.

Bundan başqa, Hayfa "Makkabi"si İsraildə Kipr "Apollon"u, Kiyev "Dinamo"su Polşada Avstriyanın "Şturm" klubu, "Srvena Zvezda" isə Serbiyada Ermənistan "Pünik"i ilə üz-üzə gələcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

3 avqust

20:00. "Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan)

20:00. “Budyo Qlimt” (Norveç) – "Jalgiris" (Litva)

21:00. “Makkabi” (Hayfa, İsrail) – “Apollon” (Kipr)

22:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Şturm” (Avstriya)

22:45. “Srvena Zvezda” (Serbiya) – “Pünik” (Ermənistan)

Qeyd edək ki, bu mərhələnin cavab oyunları avqustun 9-da oynanılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: