Mert Çelik Bakının “Neftçi” klubunun şərəfini qorumağa davam edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi kluba istinadla xəbər verir ki, müqavilə ilə Türkiyənin “İstanbul Başakşehir” komandasına məxsus olan 22 yaşlı futbolçu icarə əsasında daha 1 il Bakı təmsilçisinin heyətində çıxış edəcək.
O, 2 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, futbolçu 2020-ci ilin sentyabrından “Neftçi”nin heyətində 38 oyun keçirib, 2 qol vurub.