“Arsenal”ın futbolçusu Bernd Leno “Fulhem”ə keçib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Otuz yaşlı qolkiperlə 3+1 illik müqavilə imzalanıb. “Fulhem” transferin məbləğini açıqlamayıb.
Qeyd edək ki, Leno 2018-ci ildən “Arsenal”da oynayıb.