İngiltərə Premyer Liqası: "Mançester Yunayted" səfərdə məğlub olub

A- A A+

Futbol üzrə İngiltərə Premyer Liqasının 36-ci turunda "Mançester Yunayted" "Brayton"nun qonağı olub.

NUHÇIXAN xəbər verir ki, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qol ikinci hissədə vurulub. Qarşılaşmanın 57-ci dəqiqəsində Paskal Qross fərqlənib.

Bu qələbədən sonra "Brayton" 11-ci yerdəki yerini möhkəmlədib, Joze Mourinyonun yetirmələri isə 77 xalla ikinci pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: