Bakıda Ağdamın "Qarabağ" və Macarıstan "Ferentsvaroş" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunu üçün bütün biletlər satılıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Iticket.az”ın rəsmi saytına istinadən xəbər verir ki, satışa çıxarılmış bütün biletlər alınıb.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq "Qarabağ" - "Ferentsvaroş" matçı saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq.