“Qarabağ” - “Ferentsvaroş” oyununda qalib müəyyənləşməyib

A- A A+

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” (Ağdam) - “Ferentsvaroş” (Macarıstan) oyununda qalib müəyyənləşməyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada hesabı qonaqlar açıb. Frank Boli oyunun 17-ci dəqiqəsində fərqlənib. Matçın 34-cü dəqiqəsində “Qarabağ”ın qanalı hücumçusu Kvabena Ovusu tarazlığı bərpa edib - 1:1.

Komandaların cəhdlərinə baxmayaraq ikinci hissədə qol vurulmayıb və matç 1:1 hesabı ilə başa çatıb.

Cavab oyunu avqustun 9-da Budapeştdə təşkil olunacaq.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtı Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. "Qarabağ" - "Ferentsvaroş" cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-off mərhələsində “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: