“Neftçi” klubu bu gün UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində ilk oyununa çıxacaq

A- A A+

Bakının “Neftçi” futbol klubu bu gün UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində ilk oyununa çıxacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, baş məşqçi Laurentsiu Regekampfın komandası Bakıda Avstriyanın "Rapid" (Vyana) klubunu qəbul edəcək. "Bakcell Arena"da oynanılacaq görüşü xorvatiyalı FIFA referisi Dario Bel idarə edəcək. Qarşılaşma saat 21:00-da start götürəcək.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: