Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb

A- A A+

Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Macarıstanın "Ferentsvaroş" klubu ilə 1:1 hesablı ev heç-heçəsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan ölkəmizin aktivinə daha 0,125 xal gətirib.

Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 1,375-ə, son 5 mövsümdə isə 14-ə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb. 28-ci sırada 15,125 xalla Polşa qərarlaşıb.

Azərbaycanın Konfrans Liqasındakı təmsilçisi “Neftçi” üçüncü təsnifat mərhələsində ilk oyununu bu gün keçirəcək. Rəqib Avstriyanın "Rapid" (Vyana) klubu olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: