Türkiyə V İslam Həmrəyliyi Oyunlarının medal sıralamasına liderlik edir

A- A A+

Rəsmi açılış mərasimi bu gün Türkiyənin Konya şəhərindəki Böyükşəhər Bələdiyyəsi Stadionunda keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında medal qazanmağı bacaran 14 ölkə idmançıları var.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, avqustun 18-dək davam edəcək oyunların medal sıralamasına Türkiyə başçılıq edir. Təşkilatçı ölkənin hesabında 11 qızıl, 7 gümüş və 4 bürünc medal var. İlk üçlükdə Qazaxıstan (5-1-4) və Özbəkistan (3-2-4) qərarlaşıb.

İran (2-7-2) dördüncü, Birləşmiş Ərəb Əmirlikləri (2-1-1) beşinci, Bəhreyn (1-1-2) altıncı, Uqanda (1-1-1) isə yeddinci pillədə yer alıblar.

Azərbaycan 1 qızıl medalla səkkizincidir. Qızıl medalı komandamıza atletika üzrə millimizin üzvü Anna Skidan çəkicatma yarışlarında qazandırıb. Bu qalibiyyətlə o, İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub.

Hesabında 1 gümüş və 2 bürünc medal olan Malayziya və Səudiyyə Ərəbistanı 9-10-cu pilləni bölüşürlər.

V İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Yarışda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparır. Oyunlar vaxtı 483 dəst medal sahibini tapacaq.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olundu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına isə Azərbaycan ev sahibliyi edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: