Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının İtaliyanın Katanya şəhərində keçiriləcək Dünya Çimərlik Oyunlarındakı (Anoc World Beach Games) rəqibləri məlum olub.
NUHÇIXAN İnformasiya Agentliyi AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız Ukrayna və İsveçrə kollektivləri ilə qarşılaşacaq. Oyunların dəqiq tarixləri barədə daha sonra əlavə məlumat veriləcək.
Qeyd edək ki, oyunlar avqustun 27-dən sentyabrın 5-dək təşkil olunacaq.