Gənclər üçün “Yarımçıq xatirələr” filmi nümayiş olunub - FOTOLAR

A- A A+

Naxçıvanda Beynəlxalq Gənclər Günü ilə bağlı silsilə tədbirlər davam edir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, nazirliyin, Gənclər Fondunun və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin birgə təşkilatçılığı ilə   gənclər üçün “Yarımçıq xatirələr” tammetrajlı bədii filmi nümayiş olunub.

Dövlət sifarişi ilə ekranlaşdırılan film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına qoruyan və 50 ildən sonra doğma Qarabağını erməni işğalçılarından müdafiə edən Azər adlı bir əsgərin taleyindən bəhs edir. Elxan Cəfərovun rejissorluq etdiyi filmin əsas hissəsinin çəkilişləri Belarusun Brest, Minsk şəhərlərində və Vileyka qəsəbəsində aparılıb.  100-dən çox iştirakçının izlədiyi filmdə məqsəd gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması olub.

Qeyd edək ki, Beynəlxalq Gənclər Günü ilə bağlı tədbirlər avqustun 11-də keçiriləcək bağlanış mərasimi ilə yekunlaşacaq. Tədbirlərdə fəallıq göstərən gənclər mükafatlandırılacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: