İntellektual oyunun qalibi məlum olub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Beynəlxalq  Gənclər Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu üzrə muxtar respublika birinciliyinin əsas mərhələsi başa çatıb. Yarışın finalında 8 komanda iştirak edib.

Qaydalara əsasən 2 turdan ibarət yarışmada iştirakçılar üçün müxtəlif mövzularda 24 sual səsləndirilib. Hər düzgün cavab 1 xalla qiymətləndirilib. Nəticələrə əsasən “Buta” (Naxçıvan) komandası 20 xalla birinci olub. “Badamlı” (Şahbuz) 16 xalla ikinci yerdə qərarlaşıb. Aktivində 15 xal olan “Əlincə” (Culfa) isə üçüncülüklə kifayətlənib.

Qeyd edək ki, birincilikdə ilk üç yeri tutan komandalar 12 avqust tarixində Beynəlxalq Gənclər Günü ilə bağlı keçiriləcək yekun tədbirdə mükafatlandırılacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: