Naxçıvan paralimpiyaçısı beynəlxalq yarışda iştirak edib

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının üzvü Fuad Qəribov, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının heyətində Niderlandın Veldhoven şəhərində keçirilən “Intercontinental Challenger” turnirində iştirak edib. Məlumat üçün bildirək ki, Azərbaycan Milli Komandası komanda yarışlarında birinci yerə layiq görülüb və kubokla təltif olunub.

Qeyd edək ki, Naxçıvan paralimpiyaçıları muxtar respublikanın bütün şəhər və rayonlarında yerli bölmələri yaradılmış “Boccia” idman növü üzrə son dövrlərdə ardıcıl uğurlar əldə edib, Azərbaycan çempionatı - “Zəfər Turniri”ndə yüksək nəticələr göstəriblər. Həmçinin ötən ilin noyabr ayında Naxçıvan paralimpiyaçısının Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının tərkibində İspaniyanın Sevilya şəhərində keçirilən Avropa Açıq çempionatında iştirak etməsi də muxtar respublikanın paralimpiya tarixində bir ilk idi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: