Cüdoçularımız dünya çempionatında iştirak edəcəklər

A- A A+

Avqustun 10-13-də Ekvadorun Quayaquil şəhərində gənclər arasında dünya çempionatı keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 65 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarışda Azərbaycanı 8 idmançı təmsil edəcək. İdmançılarımız 5 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaqlar. Belə ki, avqustun 10-da Turan Bayramov (60 kq), 11-də Vüsal Qələndərzadə, Qadir Hüseynov (73 kq), 12-də Elcan Hacıyev, Məhərrəm İmamverdiyev (81 kq), Vüqar Talıbov (90 kq), 13-də isə Ruslan Nəsirli (100 kq), Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaqlar.

Cüdoçularımız baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi altında çıxış edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: