Güləşçimiz Alyona Kolesnik V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb

A- A A+

Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda 59 kiloqram çəki dərəcəsində çıxış edən “Bakı-2017” dördüncü İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı ilk görüşdə Qazaxıstan təmsilçisi Dürdana Bekeş ilə qarşılaşıb. Təmsilçimiz rəqibini 12:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: