“Konya-2021”: Güləşçimiz Mariya Stadnik ilk qələbəsini qazanıb

A- A A+

Qadın güləşçimiz Mariya Stadnik (50 kq) V İslam Həmrəyliyi Oyunlarında ilk qələbəsini qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda güləşçimiz qazaxıstanlı Svetlana Ankiçevanı 33 saniyəyə məğlub edib – 10:0.

M.Stadnik “Bakı-2017” dördüncü İslam Həmrəyliyi Oyunlarının qalibidir.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: