Daha iki güləşçimiz V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda 86 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Abubakr Abakarov ilk görüşdə Özbəkistan təmsilçisi Azizbek Fayzullayevi 11:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Digər güləşçimiz Turan Bayramov (74 kq) isə İxtiyor Navruzovdan üstün olub (8:0) və yarımfinala adlayıb.
Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.