Sağlamlıq imkanları məhdud gənclərin rəsm müsabiqəsi keçirilib - FOTOLAR
Beynəlxalq Gənclər Günü münasibətilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq gənclərin iştirakı ilə müxtəlif tədbirlər davam etdirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün sağlamlıq imkanları məhdud gənclər arasında rəsm müsabiqəsi keçirilib.
Rəsm müsabiqəsində muxtar respublikanın şəhər və rayonlarından 13 sağlamlıq imkanları məhdud gənc iştirak edib.
Açıq səma altında keçirilən müsabiqə istedadlı gənclərin yaradıcılığının stimullaşdırılması, əhatə olunduqları mədəni mühitə yanaşma tərzinin təkmilləşdirilməsi, onların bədii zövqünün, yaradıcılıq potensialının inkişaf etdirilməsi və yeni istedadların üzə çıxarılması baxımından əhəmiyyət kəsb edib. Sağlamlıq imkanları məhdud gənc istedadlar yaradıcılıq imkanlarını ortaya qoyaraq maraqlı rəsmlər çəkiblər.
Müsabiqədə ilk yerləri tutanlara hədiyyə və diplomlar, digər iştirakçılara isə həvəsləndirici hədiyyələr və fəxri fərmanlar təqdim olunub. Sonda müsabiqə qalibləri mükafatlandırılıb.
Sevgili Mustafazadə