Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının kuboku uğrunda şahmat üzrə şəhər birinciliyi yekunlaşıb. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkil etdiyi birincilikdə 60 oğlan və qız şahmatçı iştirak edib. Birinciliyin yekununa əsasən oğlanlar arasında 8 yaş qrupunda Əli Məmmədli, 10 yaş qrupunda İlkin Qəbulov, 12 yaş qrupunda Zahid Allahverdiyev və 14 yaş qrupunda Ərturan İsmayılov, qızlar arasında isə 10 yaş qrupunda Şahnaz Əlizadə və 14 yaş qrupunda isə Nazlı Hümbətova I yerlərə layiq görülərək muxtar respublika mərhələsində iştirak etmək hüququ qazanıblar. Sonda qaliblərə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları, Uşaq-Gənclər Şahmat Məktəbinin isə sertifikatları təqdim olunub.