Taekvondoçumuz V İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib

A- A A+

Azərbaycan taekvondoçuları V İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışlarını davam etdirirlər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təmsilçimiz Minayə Əkbərova (46 kq) rəqiblərini məğlub edərək yarımfinala adlayıb. O, bununla özünə minimum bürünc medalı təmin edib. İdmançı bu gün final uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, taekvondoçularımız bunadək 1 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar. Belə ki, Fəridə Əzizova (67 kq) qızıl, Cavad Ağayev (68 kq) gümüş, Patimat Abakarova (49 kq) və Həşim Məhəmmədov (58 kq) bürünc medallara yiyələniblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: