Azərbaycanın ağırlıqqaldıranı Nazilə İsmayılova V İslamiadada bürünc medala sahib olub

A- A A+

Azərbaycanın ağırlıqqaldıranı Nazilə İsmayılova Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Oyunlarda 45 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız birdən qaldırma hərəkətində 54 kiloqramlıq nəticə göstərib. Təmsilçimiz təkanla qaldırmada isə 67 kiloqramı başı üzərinə qaldırıb. İki hərəkətin cəmində, 121 kiloqramlıq nəticə göstərən N.İsmayılova bürünc medal qazanıb.

Yarışın qalibi İndoneziya təmsilçisi Siti Nafisatul Hariroh olub. Türkiyə idmançısı Cansu Bektaş gümüş medal qazanıb.

İdmançımızın çıxışını gənclər və idman naziri Fərid Qayıbov və nazir müavini Mariana Vasileva da izləyiblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: