Azərbaycanın daha bir sərbəst güləşçisi V İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışını davam etdirir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyənin Konya şəhərində təşkil olunan bu mötəbər yarışda Osman Nurmaqomedov (61 kq) dörddəbir finalda tunisli İmed Kaddidiyə 10:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Komandamızın digər üzvü İslam Bazarqanov isə əfqanıstanlı Məhəmməd Səyid Naserini 10:0 hesabı ilə məğlub edərək 1/4 finalda mübarizə aparacaq.