AFFA ermənilərin Çempionlar Liqası matçındakı təxribatına münasibət bildirib

A- A A+

"AFFA İrəvanda Azərbaycana qarşı edilmiş təxribatdan məlumatlıdır".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla İrəvanda keçirilmiş UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Pünik" (Ermənistan) – "Srvena Zvezda" (Serbiya) matçı zamanı erməni azarkeşlərin törətdiyi təxribata münasibət bildirərkən deyib.

9 avqustda keçirilmiş matçda erməni millətçiləri ingilis dilində "Qarabağ Ermənistandır" və "Kosovo Serbiyadır" sözləri yazılmış pankartlar qaldırıb. Həmçinin, bir azarkeş meydana çıxaraq erməni dilində "Axavnonu (Laçının Zabux kəndi) vermərik" sözü yazılmış pankart əks etdirib.

Bütün bunlarla bağlı AFFA gün ərzində UEFA-ya müraciət edəcək: "Hüquqi prosedurlara uyğun olaraq AFFA tərəfindən UEFA-ya müvafiq qaydada məlumat ünvanlanacaq. Gün ərzində UEFA-ya bununla bağlı məktub ünvanlayacağıq".

Qeyd edək ki, Zabux kəndi 1992-ci ilin mayında işğal olunub. Bu kəndin ərazisində Azərbaycan tərəfinin alternativ yol tikintisini başa çatdırması üçün erməni sakinlərə avqustun 25-dək Zabuxu boşaltmaq barədə xəbərdarlıq edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: