Ekvadorun Quayaquil şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatı davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışın ikinci günündə iki cüdoçumuz medallar uğrunda mübarizə aparacaq. Belə ki, oğlanlar arasında Vüsal Qələndərzadə, Qadir Hüseynov (hər ikisi 73 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, 65 ölkədən 400-ə yaxın idmançının qatıldığı yarışda Azərbaycanı səkkiz idmançı təmsil edir. Cüdoçularımız baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi ilə çıxış edirlər.