Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın sərbəst kişi və qadın güləşçiləri medal görüşlərinə çıxacaqlar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, final mərhələsində İslam Bazarqanov (61 kq) Cahangirmirzə Turabov, Leyla Qurbanova (53 kq) Aktenqe Keunimjayeva (hər ikisi Özbəkistan), Gözəl Zutova (72 kq) Buse Çavuşoğlu (Türkiyə) ilə qızıl medal uğrunda mübarizə aparacaqlar.
Əsgər Məmmədəliyev (70 kq) Cəmşid Şərifov (Tacikistan), Tatyana Omelçenko (62 kq) Herlina Xarişma Tantri (İndoneziya), Hacımurad Ömərov (79 kq) Mehir Koşkinbayev, Osman Nurmaqomedov (92 kq) Abdimanap Baigenjeyev (hər ikisi Qazaxıstan) ilə bürünc medal uğrunda döyüşəcəklər.