Çimərlik futbolu üzrə millimizin oyunlarının tarixi məlum olub

A- A A+

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının “Anoc World Beach Games”in Avropa zonası üzrə seçmə mərhələsində keçirəcəyi oyunların tarixi və başlama saatları məlum olub.

NUHÇIXAN İnformasiya Agentliyi AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, avqustun 27-dən sentyabrın 5-dək İtaliyanın Katanya şəhərində keçiriləcək oyunlarda millimiz C qrupunda Ukrayna və İsveçrə komandaları ilə mübarizə aparacaq. Yığmamız avqustun 29-da İsveçrə, 30-da isə Ukrayna komandası ilə qarşılaşacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: