Taekvondoçumuz Minayə Əkbərova V İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib

A- A A+

Azərbaycan taekvondoçusu Minayə Əkbərova (46 kq) V İslam Həmrəyliyi Oyunlarında daha bir görüşünü uğurla başa vurub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təmsilçimiz yarımfinalda özbəkistanlı rəqibini məğlub etməklə finala yüksəlib. İdmançı bu gün həlledici qarşılaşmada Mərakeş təmsilçisi ilə üz-üzə gələcək.

Qeyd edək ki, taekvondoçularımız indiyədək 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Belə ki, Fəridə Əzizova (67 kq) qızıl, Cavad Ağayev (68 kq) gümüş, Patimat Abakarova (49 kq) və Həşim Məhəmmədov (58 kq) bürünc medallara yiyələniblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: