UEFA Konfrans Liqası: “Rapid”-"Neftçi” matçı başlayıb

A- A A+

Paytaxtın “Neftçi” futbol klubu UEFA Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində avqustun 11-də cavab oyununa çıxıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, baş məşqçi Laurentsiu Regekampfın kollektivi səfərdə Avstriyanın “Rapid” (Vyana) komandası ilə qarşılaşır.

Bakı təmsilçisinin start heyətində İvan Brkiç, Mamadu Mbodj, Solomon Kvirkveliya, Voislav Stankoviç, Emin Mahmudov, Eddi İsrafilov, Azər Salahlı, Ataa Caber, Qodsvey Donyo, Kenni Sayef və Yusuf Laval yer alıblar.

“Rapid”in heyətində isə meydana Niklas Hedl, Kevin Vimmer, Nikolas Gerrit-Kün, Torsten Şik, Maksimimilan Hofmann, Martin Kostselnik, Patrik Qrayl, Marko Qrüll, Ante Bayiç, Nikolas Satlberger və Qvido Burqştaller çıxıblar.

Vyanadakı “Alyans” stadionunda oynanılan qarşılaşmanı norveçli hakim Rohit Saqqi idarə edir.

Meydan sahiblərinin heyətində serbiyalı müdafiəçi Aleksa Peyiç cəzalı olduğu üçün matçda iştirak etmir. “Flaqman”ın heyətində isə itki yoxdur.

Xatırladaq ki, iki komanda arasında avqustun 4-də Bakıda keçirilmiş ilk görüş 2:1 hesabı ilə “Neftçi”nin qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu matçın qalibi pley-off mərhələsində Konyaspor” (Türkiyə) – “Vaduts” (Lixtenşteyn) cütünün güclüsü ilə üz-üzə gələcək. Lixtenşteyndəki ilk oyunda heç-heçə qeydə alınıb - 1:1.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: