Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, millimizin daha bir üzvü dörddəbir finala yüksəlib. Belə ki, turnirdə 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Taleh Məmmədov ilk görüşündə Səudiyyə Ərəbistanı təmsilçisi Mes Alsubayevə 11:0 hesabı ilə qalib gəlib və növbəti mərhələyə adlayıb.