V İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşçimiz Ülvü Qənizadə uğurlu çıxışını davam etdirir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, idmançımız final uğrunda mübarizədə qırğızıstanlı Bəy Qonurbayevə 9:0 hesabı ilə qalib gələrək həlledici mərhələyə vəsiqə qazanıb.
Qadın güləşçimiz Elis Manolova isə B qrupundakı ikinci görüşündə qazaxıstanlı Yelena Şaliqinaya "tuşe" ilə qalib gəlib və qrup lideri kimi yarımfinala vəsiqə əldə edib.