Daha üç güləşçimiz İslamiadanın finalına vəsiqə əldə edib - FOTOLAR

A- A A+

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın daha üç güləşçisi bütün görüşləri qələbə ilə başa vuraraq finala yüksəlib. Belə ki, Eldəniz Əzizli (55 kq) yarımfinalda qazaxıstanlı Amangali Bekbolatova 3:1, Rafiq Hüseynov (82 kq) türkiyəli Emrah Kuşana 2:1, Elis Manolova (65 kq) isə kamerunlu Berte Emilyeyə 2:1 hesabı ilə qalib gələrək həlledici mərhələyə vəsiqə əldə ediblər.

Qeyd edək ki, bundan əvvəl yunan-Roma güləşçimiz Ülvü Qənizadə (72 kq) uğurla çıxış edərək finala çıxıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: