Yunan-Roma güləşçimiz Eldəniz Əzizli V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb

A- A A+

Yunan-Roma güləşçimiz Eldəniz Əzizli V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirdə 55 kiloqram çəki dərəcəsində mübarizə aparan ikiqat Avropa və dünya çempionumuz Özbəkisan təmsilçisi Jasurbek Ortikboyevi 10:1 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-də iştirak edirlər.

Oyunlar vaxtı 483 dəst medal öz sahibini tapacaq.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: