Cüdoçumuz dünya çempionatının bürünc medalını qazanıb

A- A A+

Ekvadorun Quayaquil şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatı davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan cüdoçusu Elcan Hacıyev yarışda üçüncü yeri tutub. İdmançımız medal uğrunda qarşılaşmada qazaxıstanlı Maksim Merlana qalib gəlib.

Qeyd edək ki, 65 ölkədən 400-ə yaxın idmançının qatıldığı yarışda Azərbaycanı səkkiz idmançı təmsil edir. Cüdoçularımız baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi ilə çıxış edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: