Qadın həndbolçulardan ibarət Azərbaycan millisi V İslam Həmrəyliyi Oyunlarının finalına vəsiqə qazanıb
Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Selçuklu Beynəlxalq İdman və Konqres Mərkəzində təşkil olunmuş yarımfinal görüşündə həndbollçularımızın rəqibi Özbəkistan millisi olub.
Matçın ilk yarısı Azərbaycan millisinin üstünlüyü ilə tamamlanıb - 19:13. Fasilədən sonra da üstünlüyünü əldən verməyən Slavişa Ristiçeviçin baş məşqçi olduğu kollektiv sonda meydanı böyük hesablı qələbə ilə tərk edib - 40:27.
Qeyd edək ki, Azərbaycan millisi finalda Türkiyə ilə qarşılaşacaq. Türkiyə millisi yarımfinalda Kameruna 34:23 hesabı ilə qalib gəlib.