Bədii gimnastımız Zöhrə Ağamirova V İslamiadada qızıl dubla imza atıb

A- A A+

Bədii gimnastımız Zöhrə Ağamirova Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının fərdi yarışlarında ikinci qızıl medala sahib olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təmsilçimiz lent ilə çıxışında bütün rəqiblərini qabaqlayaraq birinci olub.

Daha əvvəl Z.Ağamirova gürzlərlə yarışda birinci, top və halqa ilə yarışlarda isə ikinci pillədə qərarlaşıb.

Ötən gün gimnastlarımız 4 hərəkətin cəminə görə, komanda yarışlarında birinci olmuşdu.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: