"Qarabağ" - "Viktoriya" oyununun hakimləri açıqlanıb

A- A A+

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Slavko Vinçiçə Tomaj Klançnik və Andraj Kovaçiç laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək.

VAR hakimləri Neyts Kaytazoviç və Yure Praprotnik olacaq.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: