V İslam Həmrəyliyi Oyunları: Üç üzgüçümüz finala vəsiqə qazanıb

A- A A+

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, avqustun 15-də keçirilən üzgüçülük yarışlarında təmsilçilərimiz Rəşad Alquliyev (400 metr qarışıq), Fatimə Alkərimova (100 metr sərbəst üsulla üzmə) və İlahə Raciyeva (200 metr batterflay üsulu ilə üzmə) finala vəsiqə qazanıblar. Vəli İsrafilov isə (100 metr brass üsulu ilə üzmə) yarımfinala çıxıb.

V İslam Həmrəyliyi Oyunları avqustun 18-dək davam edəcək.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: