Naxçıvan Şahmat Mərkəzində ustad dərsləri keçirilir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə Naxçıvan Şahmat Mərkəzində ustad dərsləri keçirilir.
Azərbaycan milli komandasının üzvləri, Beynəlxalq qrosmeysterlər Eltac Səfərli və Vasif Durarbəyli tərəfindən keçirilən dərslərdə federasiyanın titullu müəllimləri, federasiyanın üzvləri və yuxarı reytinqli şahmatçılar iştirak edir. Dərs zamanı dərəcəli şahmatçılarla debütlərin prinsipləri və sonluq strategiyaları ilə bağlı oyunlar təhlil olunub, fiqurların inkişaf etdirilməsi və rəqibi oyunda çətin vəziyyətə salmaq üçün tələb olunan qayda və fəndlər təcrübəli şahmatçılar tərəfindən izah edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Əli İbrahimbəyli