Sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyanın 6 şəhərində qadınlar arasında voleybol üzrə 18-ci dünya çempionatı keçirilir. 24 milli yığma komandanın iştirak edəcəyi çempionatda hər gün 12 matç nəzərdə tutulur.
NUHÇIXAN xəbər verir ki, bu gün keçiriləcək birinci turda Faiq Qarayevin yetirmələri C qrupunda hazırkı çempionlar – ABŞ komandası ilə qarşılaşacaqlar.
Birinci turun Azərbaycan-ABŞ matçı Bakı vaxtı ilə 11.10-da başlanıb. Çempionatda yığmamızın növbəti rəqibi Cənubi Koreya komandası olacaq.