Cüdoçumuz V İslam Həmrəyliyi Oyunlarının gümüş medalına layiq görülüb

A- A A+

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında cüdoçumuz Elmar Qasımov (100 kq) gümüş medal qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tatami ustası həlledici mərhələdə Özbəkistan təmsilçisi Muzaffarbek Turoboyevə uduzaraq ikinci yerlə kifayətlənib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: