Çempionlar Liqasında pley-off mərhələsinin digər oyunları keçiriləcək

A- A A+

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin növbəti oyunları keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, ikinci oyun günündə 3 qarşılaşma baş tutacaq.

Azərbaycan təmsilçisi "Qarabağ" Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edəcək.

İsrailin "Makkabi" (Hayfa) klubu Serbiya "Srvena Zvezda"sı ilə, Ukraynanın "Dinamo" (Kiyev) kollektivi isə Portuqaliya "Benfika"sı ilə görüşəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

17 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Viktoriya" (Plzen, Çexiya)

23:00. "Makkabi" (Hayfa, İsrail) - "Srvena Zvezda" (Serbiya)

23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya)

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: