Azərbaycan voleybolçuları dünya çempionatında ilk oyununu keçirib - YENİLƏNİB - FOTOLAR

A- A A+

Gərgin keçən oyun ABŞ millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb (29:27, 25:21, 25:21).

Çempionatın ikinci turunda Azərbaycan komandası Cənubi Koreya millisi ilə qarşılaşacaq. Oyun sentyabrın 30-da Bakı vaxtı ilə 11.10-da başlayacaq.

Azərbaycanın qadınlardan ibarət voleybol komandası Yaponiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

NUHÇIXAN xəbər verir ki, komandamız ilk görüşündə dünya çempionu ABŞ millisi ilə qarşılaşır. Hələlik Amerika idmançıları 2:0 hesabı ilə öndədir (29:27, 25:21). Hazırda üçüncü set oynanılır. Rəqib komanda 19:21 hesabı ilə irəlidədir.

Dünya çempionatı Yaponiyanın 6 şəhərində təşkil edilib. Millimizin daxil olduğu “C” qrupunun oyunları Kobe şəhərində keçirilir.

Baş məşqçi Faiq Qarayevin yetirmələri Rusiya, ABŞ, Tailand, Trinidad və Tobaqo, Koreya Respublikası yığmaları ilə eyni qrupdadır. Qrupda keçirilən ilk oyunda Rusiya yığması Trinidad və Tobaqo millisinə 3:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, qaydalara əsasən, ilkin qrup mərhələsində 24 komanda 4 qrupda mübarizə aparır. Hər qrupda yer alan 6 komandadan ən yüksək nəticə göstərən 4-ü ikinci mərhələyə vəsiqə qazanacaq. Növbəti raundda 16 komanda iki qrupa bölünəcək. Hər biri qrupda 3 ən güclü komanda mübarizəni üçüncü qrup mərhələsində davam etdirəcək. Bu qrupların hər birində ilk iki yeri tutan komandalar yarımfinala yüksələcək.

Azərbaycanın qadınlardan ibarət komandası artıq dördüncü dəfədir ki, dünya çempionatında iştirak edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: